Hüseyn Düzgün şerlər - Son Yazı
Hər kəsə mən gəlib insan demərəm,
İnsan təəsübü çəkirəm, Təbriz!
Düzlük, paklıq, təqva təbliğ edirəm,
Fəzilət toxumu əkirəm, Təbriz.
Mən məzlumlar nəsli, qullar oğluyam,
Tarix qalasında çox bağırmışam.
Bütün insanlığı, mərdanəliyi,
Hər yerdə imdada hey çağırmışam.
Türkün xulqu xuyu pak olmuş əlbət,
O alçaq, özünə Türk söyləməsin!
Mən onla heç zaman birləşənmərəm,
Türklüyü meydanda top eyləməsin.
İnsanlığa əxlaq gözüylə baxmış,
Səadət paylamış bəşərə, hər Türk.
Xeyrxahlıq, düzlük olmuşdur işi,
Yaymışdır düzlüyü hər yerə, hər Türk.
Formadır, qalıbdır milli höviyyət,
Hər forma üçün bir məzmun lazımdır.
Məzmun mə′na verər formaya əlbət,
Bu mənim son sözüm, bu son yazımdır.
Təbriz Yollarında – s.94 – 1377
+ نوشته شده در سه شنبه دوم آبان ۱۳۹۱ ساعت توسط سید احسان و ائلدار
|
بيز احسان شكرخدا و ائلدار صديق ايكيميز بيرليكده «حسين دوزگون»ون شعرلري و ادبياتي يازيلاري و اونون باره سينده اولان شعرلري و ادبي يازيلاري بو وبلاقدا سيزه سوناجاغيق. اوميد ائديريك لذت آپاراسيز.