Hüseyn Düzgün şerləri - Yırlayan ağlayan Dena

Bir gün sənsiz uzaqlarda yatarag,

Bu dünyanın qəm-qüsəsin atarag,

Biz də sən tək qəribliyə batarag,

Yerdən qalxıb vətən, vətən deyirük,

                Qəribliyi, yalqızlığı öyərük.

 

Zənn edirəm sən də mən tək qocayən,

Gəldim gördüm qəddin yüksək ucayən.

Söylə görüm həsrətlərlə necəyən?

«Mənsur»un öydüyü laləli Dena,

Qaşqayı oylağı ay dəli Dena!

 

Obalardan, köçdən, ellərdən söylə,

Qara aylar, ağır illərdən söylə,

Ətəyində coşan sellərdən söylə

Yırlayan ağlayan iyidən Dena,

                Ürəyi dağlayan iyidən Dena!

 

Qaşqayı elinin ucabaş dağı,

Qısaldan zamanı, qısaldan çağı.

Keçənmədi səndən heç zaman yağı,

Səlam olsun o günlərə, illərə,

                Şövkətini itirməyən ellərə . . .

 

İngilizi həmlə edəndə bizə,

Altmış min iyidin tökdü dənizə.

Amma həsrət qaldın nədən Təbrizə?

Ellərin içindən ucalan Dena,

Həsrət qəmi ilə qocalan Dena.

 

 

Qaşqayı Lövhələri – s.5

Hüseyn Düzgün şerlər - Gözsüz çalğıçı

Qaşqayı elinin sənətkar oğlu,

Çal mızrabın qoy ürəyim titrəsin.

Qəribliyin dərinliyindən danış,

Ruhum, beynim, qoy varlığım inləsin.

 

Görməsədə bizi iki gözlərin,

Sezirən həm, tanıyıran sən bizi.

«Bu yol gedir» nəğməsin qalxızanda,

Sən görürən can gözüylə Təbrizi.

 

Bu qara çadırın bircə bucağın,

Kimdir verə dünyaların varına?

Göylüm gömülmüşdür yaylaqlarında,

Vurulmuşam köksündəki barına.

 

Qaşqayı Lövhələri – s.4 – 1378

Hüseyn Düzgün şerlər - Ətrin alam

Gungulum istir alan məni qoynuna,

Bir ana tək sözlər deyən boyuma.

Elim obam, deyəm, yuvam Qaşqayı

Ətrin alam, fəxr eliyəm soyuma.

 

Sənən mənim fəxrim, elim ulusum,

İzzətli, şövkətli ömür sürmüşən.

İyid oğlun boya – başa çatınca,

Müsibətli çox dövranlar görmüşən.

 

Çəkiləndə adın, başım ucalır,

Güvənirəm mən Qaşqayı deyincə.

Sənin səsin bürüyəndə «Dena» nı,

Bütün Azərbaycan dolur sevincə.

 

Qaşqayı Lövhələri – s.4

Hüseyn Düzgün şerlər - Susmadın

Bir an sən susmadın, mən necə susum,

Mənim annəciyim, mənim tanrıçam!

Savalan suyunu içirtdin mənə,

Eşq olsun anacan halal sütünə!

Həyatın əlindən tapsam aman, mən,

Qaçacağam yenə sənin qoynuna.

 

Ərdəbil Lövhələri – s.2 – 1361

Hüseyn Düzgün şerlər - Demişdim sənə

Millət ayılacaq demişdim sənə,

İntiqam alacaq demişdim sənə.

Yağının qəsrinin yeddi rüknünə,

Zəlzələ salacaq, demişdim sənə.

 

Hey deyirdim kimsə dözməz bu dağa,

Sınmaram, düşərəm yeni növrağa.

Ən yetgin nəslimiz qalxıb ayağa,

Qələbə çalacaq demişdim sənə.

 

Bax indi Urmuya, Təbrizə, Xoya,

Savalandan gələn fəryada, haya.

Ərdəbil öz savın qaldırmış aya,

Zirvədə qalacaq! demişdim sənə.

 

Ərdəbil Lövhələri – s.2 – 1358

Hüseyn Düzgün şerlər - Uca Ərdəbil

Qurana, İslama, lebbeyk demişəm,

Zirvəyə qalxmışam uca Ərdəbil!

İnan çeynətmərəm namərd yadlara,

Müqəddəs qucağın, qoca Ərdəbil.

 

Ərdəbil Lövhələri – s.2

Hüseyn Düzgün şerləri - Əhsən

Bu gün ölməyini eşitdim sənin,

Gül – çiçək payladım Ərdəbildə mən.

Bir ləkə silindi Təbriz üzündən,

Rahət nəfəs çəkdi bu Ana Vətən.

 

Topraqlara düşdü, sərildi yerə,

Ərdəbilə divan tutan bir cəllad.

Adsız – arsız olmuş, və lakin qoymuş,

Özündən sonra bir rəzalətli ad.

 

Sevinirəm yurddan çıxa bilmədin,

Qaçarkən, Xəlicdə güllələndin sən.

İnqilabçılara əhsən deyirəm,

Bəndər Abbas mənə vətəndir, vətən!

 

Ərdəbil Lövhələri – s.2 – 1358

Hüseyn Düzgün şerləri - İbtida

Yarəbb, Füzuli tək mənə də olgil ibtida,

Göstər təriqi cədd-i pakımı, ey xaliqi səma!

Öz özlüyümdən al məni, səndə fəna olum,

Öylə məmat ver kim ola mətləi bəqa.

Qəlbim əsirdir sənə, səndən mədəd dilər,

Bu düz sirat da bizə ol yar-ü rəhnüma.

Kibri aşinaləri bizə əğyar oldular,

Öz aşinalərinlə bizi eylə aşina.

Ləngan intihasına Düzgün yolun çatıb,

Gördü ki intihada da həm sənsən ibtida.

Hüseyn Düzgün şerləri - İyirmi Yaş

Mənlə əkilən alça ağacı,

Əylənib bardan yenə budağın.

Sallanıb yenə turş alçaların,

Qamaşmırmı bəs sənin dodağın?

 

Sənə var mənim bir xoş xəbərim,

Qulaq vergilən deyirəm düzün.

Anam deyir ki hər ikimizdə,

İyirmi yaşa dolmuşuq bugün.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Kim

Bəlkə mən anasız qalaydım,

Gözümdən yaşı kim silərdi?

Öyrədərdi saz-söz kim mənə?

Yüksəlməyimi kim dilərdi?

Kim mənə bəs nağıl deyərdi?

Hər səhər qoşmalar qoşard?

Aydın bir gələcəkdən ötrü,

Oxuyub oxuyub coşardı?

Qada mənə qarşı gələndə,

Kim «qadan düşsün öz canıma.

Anan ölsün bala» deyərdi?

Onda kim hər zaman yanardı,

Mənim əhvalıma dünyada?

Mənlə kim içərdi qəm oğun?

Mənlə kim düşərdi odlara?

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Bu gecə

Aşura gecələri təbrizdə şam paymana mərasemı monasebətilə gülü gülzar resalət bu gecə şimrdən istədi mohlət bu gecə

Əzanın axdı sədası canıma

Bu gecə istəməm haşa eləyəm

Gedirəm ay bacı qırx bir məscidə.

Anamın nəzrini bərpa eləyəm.

Baş veribdir nə qiyamət bu gecə!

 

Qoy gedim bir də Qızıllı Məscidə,

Savmuşam Surxabı, Seytəmzəni mən.

Məqbərə məscidinin ağzında,

Ağlamaq basdı bacı, lap birdən!

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Təranələr

Gəl aşıq sözə,

Gül çıxıb düzə.

Qallam axırda,

Həsrət o gözə.

 

Sallanıb salxım,

Bulanar arxım.

Çevriləcəkdir,

Axırda çarxım.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Təranə

Məndə bu ürək,

Geniş göylər tək

Açıqdır, safdır.

Belə də gərək.

 

Elim öyünür,

Zamana dönür.

Xalq üçün mənim

Qəlbim döyünür.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Qurub

Ardından bulutların, qurubun al qanları,

Damır damla-damla mavi göyün üzünə.

Gahda hilalı, ayın uzaqlardan çaxırı,

Günəşin susmuş, sarı, zəyif rəngli gözünə.

 

Bir şahin şəfəqlərin, ən dərin ə′maqına,

Yol açır, çırpınaraq-açaraq qanadların.

Bozalır daha günəş, üfüqlər sarı çalır.

Sanki bir qavan deyir: «şəfəqlər, susun, varın!»

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Qartal

Mavi göyün ə′maqında, qurur ilə süzüb,

Qanad çalıb qalx dahada, ucalara qartal.

Buludların üstündən də, ötüb-geçib qavzan

Qanadlan ta ürəyin ki sevir hara qartal.

 

Dayanmaqdan əsla çıxmaz heç nə fayda-bəhər

Təbiətdə varsa ömrün, susma çalış canla.

Ürəyivin yelkənini, açıb ötür yelə,

İstədikcə sevdikcə də, qanadlan ən uca

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Nağıllar

Gəl girək ay gözəl, nağıllar bağına.

Tərpədək atları, əfsanə dağına.

Seyr edək xalqların, arzusun istəyin.

Duyuban səslədək, ellərin diləyin.

 

Gəl tökək göz yaşı, arzular izinə.

Dizlimçə bağlayaq, qəhrəman dizinə.

Yaraqlı eyləyək, qabaqcıl kimləri.

Oxuyaq ağlayaq, titrədək simləri.

 

Hər zadı dağılmış-savrulmuş elimin,

Vəlakin qururu, qavrulmuş elimin.

Solmuş gül-çiçəyin, qaldıraq yuxudan.

Alsınlar yeksəre, intiqam dünyadan.

 

İntizar vurğunlar, çatışsın yarlara,

Biz qoşaq nəğmələr, ləzzətli bahara...

Hüseyn Düzgün şerləri - Çaxmaq

Könlümüzü nə üçün yandırırsan yaxırsan sən

Çaxmaq belə parlayıb, birdən birə sönmək nədir?

Halətivə təəccübəm, baş tapmıram işlərindən

İzə düşüb gedibən, qəflət halla dönmək nədir?

 

Ya bir dəfə parlama, ya parladın daha sönmə,

Qoyma qalsın həsrətdə bəndlilərin axıl gözü.

İzləyərək çaxışını haldan gedib üzülürük,

Səndən ötrü ölürük, çaxmaq budur sözün düzü.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Hay

İnsan deməm sənə,

Heyvan da çox şərəflidi səndən hamı deyir,

Məndə inanmışam.

Tarix boyu səni tanıya bilməyib, azıb,

Qəflətdə yanmışam.

 

Dinin ki yox,

Şərəfin, namusun da yox.

Cəngəldə olsa da,

Heyvanlığın meşənin qanunu, aman,

O da heç yoxdu səndə, vay!

İnsan demək çətin,

Sənə,

Heyvan demək çətin!

Özünə ad nə qoymusan,

Hay Erməni?

A, hay!

Hüseyn Düzgün şerləri - Yada uyma

Qardaşım boşla bu boş sözlərivi,

Mənə Təbrizli deyirlər əlbət!

Ərdəbil şəhri də irfan yurdum,

Mə´bədim, qibləgahım, canımdır,

Nə təfavot edəcəkdir mən üçün?

Vətənim, Azərbaycanımdır!

 

Yada uyma sənə yanmaz ürəyi,

Səni təhqir eləyib alçaldar.

Təbrizin tarixinə xor baxmış,

Qayıdıb başıva çırpar qapazı.

Onun öz xasiyətin mən bilirəm,

Üstüvə döndərəcəkdir Arazı.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Həyat danışar

Təbrizim! qeyrətinmi cuşa gəlir?

Qarabağda kəsildi əmcəklər!

«Mığrı»da portaqal satan nakəs,

Sənəmi bağlayır özün? bilməm!

Son sözün deynə, susma, bəsdir, bəs!

 

Mən ki insanlığa vurulmuş uşaq.

Erməni, Rus, Fars bilməz idim.

Demə uydurma bir fəsanə imiş!

Belə bir gerçəyi bu aldanışı,

Mənə dövran açıb, zəmanə demiş.

 

Bu həqiqətləri kitab yazmaz,

Yaşayış göstərər həyat danışar.

Dinə namusa küsməsə insan,

Hər yetən fikrə-zikrə aldanmaz,

Canını yurduna edər qurban.

Hüseyn Düzgün şerləri - Naşad

Yuxlasın həştisində qoy qapıvın,

Yeri yoxdur, yuvası yoxdur onun.

Dar-dünyada sərvətin seyr et:

Döşəyi, yorqanı: iki qardun.

Sənin ol saxtakar cəlalına heç,

Dəyməz əsla inan onun ölümü.

Gündə onlarca insan öldürüsən,

Qorxmadan,

Heç çəkinmədən vurusan!

ادامه نوشته

Hüseyin Düzgün şiirleri - Sultan Ərk

Mən yaramdan qan gedəndə,

Bivəfalar yan gedəndə,

Qorxmadım tərpənmədim heç,

Göylərə yüksəldi başım,

Canımı cananıma qurban edəndə.

Gün bə gün başım ucaldı,

«Ölməsin  Düzgün» eşitdim.

Kölgəsində ərlərin ərlər yaşadı,

Ərki millət qəlbinə sultan edəndə.

 

ادامه نوشته

Hüseyin Düzgün şiirleri - Bura «əl-Xəlil»dir

Bir dinlə Təbriz:

Burası «əl-Xəlil»dir!

Uzun əsrlər şəhəri,

Fələstin toprağının qaşdaşı,

Bilinməyir yaşı.

 

İbrahim hərəmini qucağında saxlayan yurd

Buradır!

Ətrafını sarmış yırtıcı ayı, ac qurd

Buradır!

Bəli, burasıdır.

ادامه نوشته

Hüseyin Düzgün şiirleri - Sözü kəsgin

Həmədan danişgahında «Türk mədəniyyəti»

Movzuunda danışdığım munasibəti ilə.

 

Buəli mədfəninin nəzdində,

Həmədan şəhrinə bağlı «Biliyurd»!

Gəlmişəm, dinlə mənim sözlərimi:

«Səndə dörd yüz cəvanım dərs oxuyur,

Tikmişəm onlara mən gözlərimi!

ادامه نوشته

Hüseyn Düzgün şerləri - Səninkidir

Ana

Körpə vaxtlarımda,

Beşiyimdə yatan zaman,

Layla çaldın həzin səslə,

Nəğmələrlə yuxu aldım,

Röyalarda seyran qıldım.

 

İməkliyə-iməkliyə,

Ta atışdım yeriməyə,

«Tatı-tatı bala»,

Deyə,

Nəğmə qoşdun, qoşma dedin.

Oxşamalar gülləndirdin.

ادامه نوشته

Hüseyn Düzgün şerləri - İntibah günü

Nədən sən bu qədər tutqunsan könül?

Kimsə aça bilmir sənin eynini.

Əgər sevgili yar vəfa qılmadı,

Sən də ayrı dolan, at bu sevgini.

 

Eşqi satdın pula, utanan sənsən,

Özünə gələcək səni kusdurən.

İntibah günündə, sən olmayanda,

Görəcək nə dürrü veribdir əldən.

 

Bağırdın, çağırdın saymadı səni?

Nədən sən özgiyə sarı yönləndin?

Acığın utsaydın, oda yansaydın,

Qalmazdın ümmətsiz, olmazdın bidin.

 

Ərdəbil Lövhələri – s.1 – Nvrüz 1378

Hüseyn Düzgün şerləri - Sevda

 

Yollar çorax, ürək yanğın, dil odlu,

Sevda dərin, həsrət ağır, dərd çox.

Könül dəli, yarım cəfa əhlidir,

Pozğunlanmış halımıza yanan yox!

 

«Gəl!» deməkdən day gəlmişəm amana,

İntizarda usanmışam canımdan.

Soruş biz tək cana qıyan vurğuna,

Nə olar qılsa bir iltifat o canan?

 

Susmayaraq, dönməyərək geriyə,

Dayanmadan çırpınarıq inan biz.

İstəsə ha çətinliklər qavuşsun,

Çalışıban qoyacağıq izə üz.

 

Dərtlilərə görə gərək insanın,

Süzən könlü sevdalara bürünə.

İnsan gərək gün keçirdə beləcə,

Ömür gərək bu yollarda çürünə.

 

Kiçik Şeirlər – s.85 – 1350

Hüseyn Düzgün şerləri - Qızım

Qızım! bu dünyadır keçib gedəcək,

Yaxşılıq yamanlıq bütün ötəcək.

Ürəksiz yaşayan ümidsiz olar,

Ümiddə həyatın gülü bitəcək.

 

Qızım! Səhər oldu, pəncərəni aç,

Sıcaq gülüşləri həyatıma saç.

Kəpənəklər qonub güllər üstünə,

Kəpənək ardınca bu bağlarda qaç.

 

Qızım! bax, dupduru axmaca axır,

Babavın gözüdür gözünə baxır.

Qəzəbi, ümidi, eşqi, sevgisi,

İllərdir Savalan üstündən şaxır.

 

Ərdəbil Lövhələri – s.1 – 1378

Hüseyn Düzgün şerlər - Son Yazı

Hər kəsə mən gəlib insan demərəm,

İnsan təəsübü çəkirəm, Təbriz!

Düzlük, paklıq, təqva təbliğ edirəm,

Fəzilət toxumu əkirəm, Təbriz.

 

Mən məzlumlar nəsli, qullar oğluyam,

Tarix qalasında çox bağırmışam.

Bütün insanlığı, mərdanəliyi,

Hər yerdə imdada hey çağırmışam.

 

Türkün xulqu xuyu pak olmuş əlbət,

O alçaq, özünə Türk söyləməsin!

Mən onla heç zaman birləşənmərəm,

Türklüyü meydanda top eyləməsin.

 

İnsanlığa əxlaq gözüylə baxmış,

Səadət paylamış bəşərə, hər Türk.

Xeyrxahlıq, düzlük olmuşdur işi,

Yaymışdır düzlüyü hər yerə, hər Türk.

 

Formadır, qalıbdır milli höviyyət,

Hər forma üçün bir məzmun lazımdır.

Məzmun mə′na verər formaya əlbət,

Bu mənim son sözüm, bu son yazımdır.

 

Təbriz Yollarında – s.94 – 1377

Hüseyin Düzgün şiirleri - Durma dedi

Dedim: səni sevirəm mən,

Kəndimizdə qalma dedi.

Dedim xoşdur bu göy çimən,

Burda oba salma dedi.

 

Dedim: sınaqdan çıxaram,

Dedi: mən də vəfadaram.

Dedim: şəhrə apararam,

Onda məni alma dedi.

 

Dedim: şəhrə od bağlaram,

Dedi: daha mən dığlaram!

Dedim: sənsiz mən ağlaram,

Ürəyimi çalma dedi.

 

Dedim: de bir nədir çaram?

Dedi: mən bir kəndli yaram.

Dedim: səndən ayrılmaram!

Belə fikrə dalma dedi!

 

Dedim: gəl bəs bir baş qaçaq,

Dedi: yol çox, quldur oyaq.

Dedim: eldir bizə dayaq.

Gözlə nağıl olma dedi.

 

Dedim: eli oyadaram,

Dedi: kəs bu dili balam.

Dedim: zorlu olub obam,

Elədə bəs durma dedi.