Yollar çorax, ürək yanğın, dil odlu,

Sevda dərin, həsrət ağır, dərd çox.

Könül dəli, yarım cəfa əhlidir,

Pozğunlanmış halımıza yanan yox!

 

«Gəl!» deməkdən day gəlmişəm amana,

İntizarda usanmışam canımdan.

Soruş biz tək cana qıyan vurğuna,

Nə olar qılsa bir iltifat o canan?

 

Susmayaraq, dönməyərək geriyə,

Dayanmadan çırpınarıq inan biz.

İstəsə ha çətinliklər qavuşsun,

Çalışıban qoyacağıq izə üz.

 

Dərtlilərə görə gərək insanın,

Süzən könlü sevdalara bürünə.

İnsan gərək gün keçirdə beləcə,

Ömür gərək bu yollarda çürünə.

 

Kiçik Şeirlər – s.85 – 1350