Könlümüzü nə üçün yandırırsan yaxırsan sən

Çaxmaq belə parlayıb, birdən birə sönmək nədir?

Halətivə təəccübəm, baş tapmıram işlərindən

İzə düşüb gedibən, qəflət halla dönmək nədir?

 

Ya bir dəfə parlama, ya parladın daha sönmə,

Qoyma qalsın həsrətdə bəndlilərin axıl gözü.

İzləyərək çaxışını haldan gedib üzülürük,

Səndən ötrü ölürük, çaxmaq budur sözün düzü.

 

Mərhəmət qıl, qan etmə, birdən çaxıb birdən yaxma,

Kəsgin halla yandırma iti tiğ tək canımızı.

Axı sənə nə çıxar bizi göyə savurmadan?

Acıq vermə yazığıq, gəl qaratma qanımızı.

 

Çaxmaq gəl çax rövşən qıl sönməyərək dünyamızı,

Qaranlığın içində usanmışıq canımızdan,

Bağrını yar zülmətin, günə çıxart bizləri sən,

Zülmün-zorun əlindən cana gəldik aman! aman!

 

Nədən ötrü yaranıb bizdə olan iki gözlər

Görməyəcək dünyanı, olmağının nə faydası?

Nəhayət ki fənası varlığı ilə fərqsız gərək,

Bu halətlə qarasa,yan-yürəsi həm dünyası.

 

Çaxmaq gəl çax sönmədən, işə varsın gözlərimiz.

Təbiətdə hər birzad yaranıbdır bir iş ötrü.

Həsrət içrə qalıban izləməkdən çaxışıvı,

Day qalmayıb quvvələri almayıblar bəski yuxu...