Gəl girək ay gözəl, nağıllar bağına.

Tərpədək atları, əfsanə dağına.

Seyr edək xalqların, arzusun istəyin.

Duyuban səslədək, ellərin diləyin.

 

Gəl tökək göz yaşı, arzular izinə.

Dizlimçə bağlayaq, qəhrəman dizinə.

Yaraqlı eyləyək, qabaqcıl kimləri.

Oxuyaq ağlayaq, titrədək simləri.

 

Hər zadı dağılmış-savrulmuş elimin,

Vəlakin qururu, qavrulmuş elimin.

Solmuş gül-çiçəyin, qaldıraq yuxudan.

Alsınlar yeksəre, intiqam dünyadan.

 

İntizar vurğunlar, çatışsın yarlara,

Biz qoşaq nəğmələr, ləzzətli bahara...