Bu gün ölməyini eşitdim sənin,

Gül – çiçək payladım Ərdəbildə mən.

Bir ləkə silindi Təbriz üzündən,

Rahət nəfəs çəkdi bu Ana Vətən.

 

Topraqlara düşdü, sərildi yerə,

Ərdəbilə divan tutan bir cəllad.

Adsız – arsız olmuş, və lakin qoymuş,

Özündən sonra bir rəzalətli ad.

 

Sevinirəm yurddan çıxa bilmədin,

Qaçarkən, Xəlicdə güllələndin sən.

İnqilabçılara əhsən deyirəm,

Bəndər Abbas mənə vətəndir, vətən!

 

Ərdəbil Lövhələri – s.2 – 1358